• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ayaz Mütəllibovla vida mərasimi keçirilib - FOTOLAR - YENİLƏNİB

CƏMİYYƏT

28 Mart 2022 | 14:34

Ayaz Mütəllibovla vida mərasimi keçirilib - FOTOLAR - YENİLƏNİB

Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovla vida mərasimi keçirilib. 

Bakıvaxtı.az xəbər verir ki, mərhumun cənazəsi dəfn olunmaq üçün I Fəxri xiyabana aparılır. 

*** 13:11

Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovla vida mərasimi keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, vida mərasimində ictimai xadimlər, mərhumun ailə üzvləri iştirak edir.

Vida mərasimi bitdikdən sonra cənazə dəfn olunmaq üçün I Fəxri xiyabana aparılacaq.

Qeyd edək ki, A.Mütəllibov uzunsürən xəstəlikdən sonra ötən gün 84 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, Ayaz Mütəllibov 12 may 1938-ci ildə Bakıda anadan olub. O, 1962-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib.

Əmək fəaliyyətinə 1958-ci ildə elmi-tədqiqat institutu bürosunun böyük texnik-konstruktoru kimi başlayıb. 1959-1974-cü illərdə Bakı məişət elektrik cihazlar zavodunda quraşdırma sexinin ustası, mühəndis, texniki nəzarət şöbəsinin rəisi, baş konstruktor, baş mühəndis, direktor işləyib. 1974-cü ildən "Bakelektroməişətmaş" istehsalat birliyinin baş direktoru olub.

1989-cu ilin yanvarından Azərbaycan SSR Nazirlər Sovetinin sədri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvü olub. 1990-cı ilin yanvarında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, daha sonra – 1990-cı ilin may ayının 18-də Azərbaycan SSR-in Ali Soveti tərəfindən Azərbaycan SSR prezidenti seçilib.

1990-cı ilin iyulundan 1991-ci ilin avqustuna kimi Sovet İttifaqı Kommunist Partiyası MK-nin və Sov.İKP MK-nin Siyasi Bürosunun üzvü olub. 1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib. O, 1992-ci il martın 6-da vəzifəsindən istefa verib.

Həmin vaxtdan etibarən - 1992-ci ildən 2012-ci ilə qədər Rusiyanın paytaxtı Moskvada yaşayıb. 2012-ci ildə yenidən Azərbaycana qayıdıb.

Nuranə Daxilqızı


Ayaz Mütəllibovla vida mərasimi keçirilib - FOTOLAR - YENİLƏNİBAyaz Mütəllibovla vida mərasimi keçirilib - FOTOLAR - YENİLƏNİBAyaz Mütəllibovla vida mərasimi keçirilib - FOTOLAR - YENİLƏNİBAyaz Mütəllibovla vida mərasimi keçirilib - FOTOLAR - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026