• Bakı C

    9.73 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

Ayxan Hacızadə: Suriyada Azərbaycan səfirliyinin bərpası məsələsi müzakirə olunur

SİYASƏT

30 Dekabr 2024 | 10:49

Ayxan Hacızadə: Suriyada Azərbaycan səfirliyinin bərpası məsələsi müzakirə olunur

Azərbaycan xarici işlər nazirinin müavinin rəhbərlik etdiyi nümayəndə heyəti Suriyada səfərdədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə bildirilib.

XiN rəsmisi deyib ki, nümayəndə heyəti keçid hökumətinin xarici işlər naziri ilə müvafiq görüş keçiriblər:

"Suriya ilə Azərbaycan arasındakı əməkdaşlıq məsələlərini müzakirə edilib. Bildiyiniz kimi, Azərbaycanın Suriyada səfirliyi 2012-ci ildən fəaliyyət göstərmir. Hazırda Suriyada Azərbaycan səfirliyinin bərpası məsələsi də sözügedən görüşdə müzakirə olunur".


SON XƏBƏRLƏR

01 Yanvar 2025