• Bakı 16° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Azad edilmiş ərazilərdə yaradəlan müəssisələrin SAYI AÇIQLANDI

CƏMİYYƏT

06 Dekabr 2023 | 10:44

Azad edilmiş ərazilərdə yaradəlan müəssisələrin SAYI AÇIQLANDI

2023-cü ilin yanvar-sentyabr ayları ərzində işğaldan azad edilmiş rayonlarda 101 yeni müəssisə və təşkilat, 1783 yeni fərdi sahibkarlıq subyekti yaradılıb.

Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə yeni yaradılan müəssisə və təşkilatların sayı 42.3%, fərdi sahibkarlıq subyektlərinin sayı 5.6% artıb. Belə ki, 2022-ci ilin yanvar-sentyabr aylarında işğaldan azad edilmiş rayonlarda 71 yeni müəssisə və təşkilat ,1688 yeni fərdi sahibkarlıq subyekti yaradılıb.

    Xatırladaq ki, hesabat dövründə ən çox müəssisə (22) və fərdi sahibkarlıq subyekti (695) Ağdamda yaradılıb.

    Aşağıdakı cədvəldə, cari ilin yanvar-sentyabr ayları ərzində azad edilmiş rayonlar üzrə yeni yaradılmış müəssisə və təşkilatların, fərdi sahibkarlıq subyektlərinin siyahısı verilib.

     

    Azad edilmiş RayonlarMüəssisə və təşkilatlarFərdi sahibkarlar
    Ağdam22695
    Füzuli11462
    Laçın14154
    Qubadlı10142
    Cəbrayıl15109
    Zəngilan1177
    Kəlbəcər958
    Xocavənd337
    Şuşa635
    Xocalı-14

    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR