• Bakı 13° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

AZAL: Qiymətlər eniş etdi

CƏMİYYƏT

24 Noyabr 2023 | 08:39 | Müəllif: Qalib İbrahimoğlu

AZAL: Qiymətlər eniş etdi

Səyahətləri vətəndaşlar üçün daha əlçatan etmək məqsədilə Azərbaycanın milli aviadaşıyıcısı AZAL endirimli qiymətlərlə aviabiletlərin satışına başladı.

Bu barədə Bakıvaxtı.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, biletlərin qiyməti istiqamətdən asılı olaraq 39 avrodan 199 avroya qədər dəyişir. Kampaniya çərçivəsində AZAL müştəriləri ümumilikdə 35-dən çox istiqamət üzrə endirimli qiymətə bilet əldə edə bilərlər.

AZAL-ın bu təklifi 24 noyabr cümə günü ərzində keçərlidir. Güzəştli qiymətə biletlər 2024-cü il yanvarın 15-dən martın 6-dək (hər iki tarix daxil) həyata keçirilən uçuşlara şamildir. Kampaniya çərçivəsində aviabiletləri yalnız AZAL-ın yenilənmiş rəsmi mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür. Tətbiqi yükləmək üçün https://bit.ly/azal-app linkinə keçid etmək kifayətdir.

Kampaniya aviaşirkətin əksər beynəlxalq reyslərini əhatə edir. Nəzərə almaq lazımdır ki, endirimli biletlərin sayı məhduddur.

AZAL ilə xoş uçuşlar və unudulmaz səyahət arzulayırıq!


AZAL: Qiymətlər eniş etdi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR