• Bakı C

    12.21 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Azər İsrafilov həbsdə intihara cəhd edib? - RƏSMİ AÇIQLAMA

CƏMİYYƏT

09 Iyun 2023 | 17:14

Azər İsrafilov həbsdə intihara cəhd edib? - RƏSMİ AÇIQLAMA

Həbsdə olan jurnalist Azər İsrafilovun damarlarını kəsərək özünə xəsarət yetirməsi barədə məlumatlar yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalistin anası Zenfira İsrafilova açıqlama verib. O, oğlunun 2 il 8 aydır həbsdə olduğunu, bu il may ayının 13-də vəziyyəti pisləşdiyi üçün 7 saylı cəzaçəkmə müəssisəsindən Müalicə Müəssisəsinə köçürüldüyünü deyib. Z.İsrafilovanın iddiasına görə, daha sonra oğlu müalicə olunmadan yenidən cəzaçəkmə müəssisəsinə qaytarılıb.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyi ilə əlaqə saxlanılıb. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, A.İsrafilovun anasının intihara cəhdlə bağlı dedikləri həqiqəti əks etdirmir: “Məhbus səhhəti ilə əlaqədar Penitensiar xidmətin Müalicə müəssisəsinə köçürülüb, müalicə müddəti bitdikdən sonra cəza çəkdiyi müəssisəyə geri qaytarılıb. Təkrar müalicəyə ehtiyacı olarsa, yenə də baxıla bilər”.

Qeyd edək ki, Azər İsrafilovun anası Ədliyyə Nazirliyi, nazirliyin Tibb Baş -İdarəsi, Penitensiar Xidmət və Ombudsmana müraciət edərək oğlunun xəstəliyi ilə bağlı tədbirlərin görülməsini də xahiş edib. A.İsrafilov müxtəlif vaxtlarda ANS, İTV kanallarında çalışıb.

Xatırladaq ki, jurnalist dələduzluq və dövlət sərhəddini qanunsuz keçməyə cəhd göstərməkdə təqsirləndirilərək həbs edilib. /Qafqazinfo


SON XƏBƏRLƏR

18 Mart 2024