• Bakı 12° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Azərbaycan cüdoçuları fərdi mübarizəni 5 medalla başa vurdu

İDMAN

17 Sentyabr 2022 | 19:18 | Müəllif: Subhan Mahmudov

Azərbaycan cüdoçuları fərdi mübarizəni 5 medalla başa vurdu

Azərbaycan cüdoçusu Ruslan Nəsirli Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatını beşinci pillədə başa vurub.

Bakıvaxtı.az xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bürünc medal görüşündə italiyalı Yan Karlettiyə uduzub.

Beləliklə, Azərbaycan yığması qitə birinciliyində fərdi mübarizəni beş medalla bitirib. Daha əvvəl Vüsal Qələndərzadə (73 kq), Elcan Hacıyev (81 kq) və Vüqar Talıbov (90 kq) qızıl, Turan Bayramov (60 kq) gümüş, İsmayıl Zamanov (90 kq) bürünc medal qazanıb.

Sentyabrın 18-də komanda yarışları baş tutacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR