• Bakı 17° C

    0.85 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Azərbaycan EBRD ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib

İQTİSADİYYAT

09 Yanvar 2024 | 18:33 | Müəllif: Subhan Mahmudov

Azərbaycan EBRD ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) COP29 (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası) çərçivəsində əməkdaşlığa dair məsələləri müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Facebook" sosial şəbəkəsindəki hesabında yazıb.

"EBRD-nin birinci vitse-prezidenti Yurgen Riqterink ilə videokonfrans formatında keçirdiyimiz görüşdə Bankın dəstəyi ilə ölkəmizdə reallaşdırılan layihələri, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) ilə tərəfdaşlığı, həmçinin Azərbaycanda keçiriləcək COP29 çərçivəsində əməkdaşlığa dair məsələləri müzakirə etdik", - nazir qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR