• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycan Ermənistana lazımi dərs verdi

SİYASƏT

21 Sentyabr 2023 | 12:46 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycan Ermənistana lazımi dərs verdi

“Azərbaycanın hər zaman yanındayıq”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikir İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Kültür Dərnəyinin (İSTAD) və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) birgə bəyanatında yer alıb.

İSTAD prezidenti və TADEF mətbuat katibi Səfər Qaraqoyunlu Bakıvaxtı.az-a bildirib ki, bəyanatda Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış müqaviləyə əməl olunmasını istənilir: “Biz bölgədə sülhün hökm sürməsini istəyirik. Bölgəyə sülh gələrsə , sabitlik gələcək, göz yaşı bitəcək, qan axmayacaq”.

Qaraqoyunlu Ermənistanın etdiklərinin qəbuledilməz olduğunu vurğulayaraq, qeyd edib ki, Azərbaycan hazırda öz ərazisində törətdiyi terror aktları ilə məşhurlaşmağa çalışan Ermənistana lazımi dərsi verib.

TADEF və İSTAD-ın birgə bəyanatında Ermənistanın İkinci Qarabağ müharibəsində Azərbaycan ordusunun qələbə çalmasından sonra imzaladığı üçtərəfli sazişin müddəalarını yerinə yetirmədiyi, əksinə, ərazi təhdidlərini davam etdirdiyi bildirilib.

Bildirilib ki, Üçtərəfli Bəyannamənin imzalanmasından sonra Ermənistanın həyata keçirdiyi düşünülmüş və qərəzli siyasət nəticəsində Azərbaycan dünyada mina və partlamamış hərbi sursatla ən çox çirklənmiş ölkələr sırasındadır və 314 Azərbaycan vətəndaşı İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra mina qurbanı olub, onlardan 61 nəfərin həyatını itirdiyi, 253 nəfərin isə ağır yaralandığı deyilir.

Bəyanatda Ermənistanın Azərbaycana hərbi hücumu başlayandan indiyədək 3400-ə yaxın Azərbaycan vətəndaşının minalardan zərər çəkdiyi, onlardan 587-nin həyatını itirdiyi, mina qurbanlarından 358-nin uşaq, 38-nin qadın olduğu vurğulanıb..

“Biz Türkiyədə yaşayan vətəndaşlar olaraq təxribatların qarşısının alınması, sülh və sabitliyin bərqərar olması, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz çıxarılması, ərazi bütövlüyünə hörmət edilməsi üçün lazım olanı etmək istəyirik. Azərbaycanın bütövlüyünü və separatçı rejimin Qarabağdan ayrılmasını tələb edirik: "Biz TADEF olaraq Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində qalib gələn Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir və onun tərəfində və himayəsində olduğumuzu bəyan edirik”, - deyə bəyanatda vurğulanır.

Murad Məmmədli


Azərbaycan Ermənistana lazımi dərs verdi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026