• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Azərbaycan həmişə ərzaq idxalından asılı olacaq"

CƏMİYYƏT

08 Iyun 2023 | 17:56

"Azərbaycan həmişə ərzaq idxalından asılı olacaq"

“Azərbaycanın çoğrafi mövqeyini nəzərə alsaq, ölkəmiz həmişə ərzaq idxalından asılı olacaq”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib.

“Taxıl strateji məhsul olduğu üçün özümüz istehsal edirik. Bunun üçün 100 milyonlarla subsidiya ayrılır. Bu subsidiyada neftdən gələn gəlirlər hesabına edilir.

Azərbaycan taxıl, süd, ət, şəkər və tərvəz yağlarına olan tələbatını daim ödəməyəcək. Torpaq və su resursları, iqlim şəraiti bütün məhsulları yetişdirmək üçün əlverişli deyil. Azərbaycanın böyük əraziləri şoran torpağıdırı .

Əsas məqsəd rəqəbətli üstünlüyə malik olan ixrac əhəmiyyətli bir sıra məhsullarda ixtisaslaşmağımız olmalıdır. İxtisaslaşma və ixrac yönümlü iqtisadiyyat qurmalıyıq. Əlbəttə, potensialı olan sahələrin inkişafına hökumət dəstək verməlidir ki, yerli kənd təsərrüfatı məhsulları istehsal edilsin, məşğulluq problemi ciddi problemə çevrilməsin”, - deyə ekspert bildirib.

Ramid İbrahimov  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026