• Bakı 14° C

    1.22 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycan-İsrail iqtisadi əməkdaşlığı müzakirə edilib

İQTİSADİYYAT

09 Iyun 2021 | 17:49

Azərbaycan - İsrail iqtisadi əməkdaşlığı müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailin Xarici İşlər Nazirliyinin MDB və Asiya ölkələri üzrə iqtisadiyyat departamentinin direktoru Mixael Lotemləgörüşüb.

Qurumdan Bakıvaxtı.az-a daxil olan məlumata görə, Mikayıl Cabbarov Azərbaycan-İsrail siyasi və iqtisadi münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb, 44 günlük Vətən Müharibəsi dövründə Azərbaycanın haqq işinə göstərdiyi dəstəyə, humanitar səylərə görə təşəkkürünü bildirib.

Görüşdə Azərbaycan-İsrail uğurlu iqtisadi əməkdaşlığı, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində İsrail şirkətlərinin fəaliyyəti vurğulanıb. Qeyd edilib ki, iqtisadi əlaqələrin inkişafında Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın, İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının fəaliyyəti önəmlidir.

İqtisadiyyat naziri Azərbaycanla İsrail arasında işğaldan azad olunmuş ərazilərimizin bərpası, enerji, səhiyyə, rəqəmsallaşma, investisiya, innovasiyalar, İKT, kənd təsərrüfatı, su sektorunun idarə edilməsi, turizm və s. sahələrdə əməkdaşlıq üçün böyük potensialı vurğulayıb.

İsrailin Xarici İşlər Nazirliyinin MDB və Asiya ölkələri üzrə iqtisadiyyat departamentinin direktoru Mixael Lotem ölkələrimiz arasında əlaqələrin genişlənməsinin əhəmiyyətini qeyd edib, İsrail şirkətlərinin azad olunmuş ərazilərimizin bərpasında iştirak etməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

İsrailin Azərbaycandakı səfiri Corc Dikin də iştirak etdiyi görüşdə ikitərəfli iqtisadi tərəfdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran məsələlər barədə müzakirələr aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026