• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Azərbaycanda hələ də qədim qazma üsulu ilə neft çıxarılır – RƏSMİ AÇIQLAMA

İQTİSADİYYAT

08 Iyul 2021 | 17:47

Azərbaycanda hələ də qədim qazma üsulu ilə neft çıxarılır – RƏSMİ AÇIQLAMA

Balaxanı sahəsində, hələ çox qədim zamanlarda əllə qazılan 3-5 metr dərinliyi olan quyulardan neft çıxarılıb. Burada neftli laylar yer üzərinə çıxır. İşlənmənin əvvəlindən yataqda 9600-dən çox quyu qazılıb, hazırda təxminən 1100 ədəd quyu istismar edilir. Lakin Abşeron yarımadasında hələ də qazma üsulu, digər adıyla tartal üsulu ilə neft çıxarılır.

Hazırda Azərbaycanda qazma üsulu ilə neft istismar edilən nə qədər quyu mövcuddur? Maraqlıdır, 21-ci əsrdə niyə hələ də qədim qazma üsulundan istifadə edərək neft istismar edilir?

SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov Bakıvaxtı.az saytına açıqlamasında bildirib ki, Balaxanıda hazırda tartal üsulu ilə çıxarılan 22 neft quyusu var.

Azərbaycan Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, yerin səthinə çıxarılması mümkün olmayan neftin çıxarılması nasos vasitəsi ilə təmin edilir: “Nasosa da enerjini elektriklə verirlər və beləliklə neft yerin səthinə çıxarılır. Bu, hazırda neftin hasil olunmasını təmin edən və ən çox istifadə olunan üsuldur. İndi burda sual meydana çıxır ki, hazırkı dövrdə asan üsul var ikən, niyə qazma üsulundan istifadə olunur? Bəlkə də həqiqətən də qazma üsulunun iqtisadi səmərəliliyi var, bu, artıq mənə müəmmalıdır”.

Nuranə Daxilqızı

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR