Bakıda dekabrın 5-16-da Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu baş tutacaq.
Bakıvaxtı.az xəbər verir ki, Yaşıl Dünya naminə Həmrəylik İlinə həsr olunan və üç mindən çox Azərbaycan könüllüsünü bir araya toplayan forum Bakı Konqres Mərkəzində baş tutacaq.
Tədbir Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, “ASAN xidmət” və “IDEA” İctimai Birliyinin tərəfdaşlığı ilə keçiriləcək.