• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Azərbaycan Kubokunda son 6 mövsümün REKORDU

İDMAN

10 Dekabr 2022 | 11:47

Azərbaycan Kubokunda son 6 mövsümün REKORDU

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 finalın ilk oyunlarında 13 qol vurulub.

Bakıvaxtı.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, son 6 mövsümün rekordudur.

1/4 finalın ilk matçlarında daha çox qolun qeydə alınması sonuncu dəfə 2016/2017 mövsümünə təsadüf olunub. Həmin vaxt 4 görüşdə 14 qol vurulub.

Bu qarşılaşmalar üçün mütləq rekord 2006/2007 mövsümündə gerçəkləşib. 1/4 finalın 2007-ci ildə baş tutan ilk oyunlarında 17 qol qeydə alınıb.

Xatırladaq ki, ötən mövsüm bu rəqəm 8-ə bərabər olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026