İtaliyanın Augusta limanında CIF əsaslı "Azeri Light" Azərbaycan neftinin qiyməti əvvəlki rəqəmlə müqayisədə 1,57 dollar artaraq 78,5 dollar / barelə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin neft və qaz bazarındakı mənbəsi bildirib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin qiyməti 1,56 dollar artaraq 77,84 dollar / barelə çatıb.
Qeyd edək ki, dünya neft qiymətləri də artmaqdadır: Cümə günü səhər Brent markalı xam neftin qiyməti maksimum üç ilə yaxın artdı - bir barel üçün 77,35 dollara qədər, WTI -in noyabr fyuçersləri isə 0,04% artaraq 73,33 dollara qədər yüksəldi.
















