• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Azərbaycan, Türkiyə və Türkmənistan arasında bu rejim sadələşdirilir

CƏMİYYƏT

14 Dekabr 2022 | 17:18

Azərbaycan, Türkiyə və Türkmənistan arasında bu rejim sadələşdirilir

Azərbaycan, Türkiyə və Türkmənistan arasında imzalanmış “Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum" üç ölkə arasında və ərazilərindən tranzit keçməklə həyata keçirilən multimodal daşımaların inkişafına, nəqliyyatın rəvan hərəkəti üçün administrativ və viza prosedurlarının sadələşdirilməsinə, avtodaşıyıcılar üçün səmərəli şəraitin yaradılmasına xidmət edəcək.

Bakıvaxtı.az  xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Tvitter"də bildirib.

Xatırladaq ki, sözügedən sənəd azərbaycanlı nazir, Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu, Türkmənistanın Nazirlər Kabineti yanında Nəqliyyat və Kommunikasiyalar Agentliyinin baş direktoru Məmmədxan Çakıyev imzalayıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026