• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Azərbaycana psixotrop maddə gətirilməsinin qarşısı alındı

CƏMİYYƏT

13 Yanvar 2023 | 17:02

Azərbaycana psixotrop maddə gətirilməsinin qarşısı alındı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda psixotrop maddənin ölkənin gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

Bakıvaxtı.az Dövlət Gömrük Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşına məxsus bel çantası rentgen qurğusundan keçirilən zaman monitorda şübhəli təsvirlər müşahidə edilib. Yoxlama zamanı çantanın qulplarından aşkar edilən 2 ədəd bağlamada kristal şəklində psixotrop maddənin olduğu müəyyənləşdirilib.

Bundan başqa həmin şəxsin çantasından gömrük orqanına bəyan edilməyən bir ədəd “İphone 13 Starlight, 128 GB”markalı mobil telefon da aşkar edilib. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən aşkar edilən psixotrop maddə çəkisi 348 qram olan metamfetamindir.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.


Azərbaycana psixotrop maddə gətirilməsinin qarşısı alındı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026