• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Azərbaycan və Almaniya hərbi nümayəndələrinin ekspert görüşü keçirilib

SİYASƏT

23 May 2024 | 19:31 | Müəllif: Subhan Mahmudov

Azərbaycan və Almaniya hərbi nümayəndələrinin ekspert görüşü keçirilib

"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikası (AFR) Federal Müdafiə Nazirliyi arasında 2024-cü il üçün imzalanmış ikitərəfli əməkdaşlıq Planı"na əsasən hər iki ölkənin hərbi mütəxəssisləri arasında ekspert görüşü keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Almaniyanın Müştərək Əməliyyat Komandanlığında keçirilən görüşdə Azərbaycan və Almaniyanın BMT missiyalarında, beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakı və qazanılmış təcrübələr mövzusunda ətraflı fikir mübadiləsi aparılıb.

Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026