• Bakı C

    4.88 m/s

  • USD - 1.7

    EUR - 1.7513

    RUB - 1.6667

Azərbaycan və Belarus birgə müəssisə yaradır

CƏMİYYƏT

13 Dekabr 2024 | 21:25

Azərbaycan və Belarus birgə müəssisə yaradır

Azərbaycan və Belarus baytarlıq preparatlarının birgə istehsalını təşkil etməyi planlaşdırır.

Bakıvaxtı.az BELTA-ya istinadən xəbər verir ki, bu barədə Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi məlumat yayıb.

Birgə müəssisə Azərbaycanda yaradılacaq.

Belarusun “BelVitunifarm” şirkətinin baş direktoru İlya Darovski və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri Əli Nəbiyev Bakıda iki qurum arasında məxfilik müqaviləsi və əməkdaşlıq sazişi imzalayıblar.

Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirliyindən qeyd edilib ki, Azərbaycanda baytarlıq preparatlarının istehsalı hər iki tərəf üçün kommersiya faydaları ilə yanaşı, yeni perspektivli bazarlara çıxış imkanı verəcək.


SON XƏBƏRLƏR

15 Yanvar 2025