• Bakı 12° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycan və Fransa minatəmizləmə ilə bağlı sənəd imzalayacaq

GÜNDƏM

20 Sentyabr 2021 | 18:47 | Müəllif: Subhan Mahmudov

Azərbaycan və Fransa minatəmizləmə ilə bağlı sənəd imzalayacaq

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros ilə görüşüb.

ANAMA-dan Bakıvaxtı.az-a verilən xəbərə görə, görüş zamanı işğaldan azad edilmiş ərazilərdə ANAMA tərəfindən həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları barədə fikir mübadiləsi aparılıb.

Səfərin başlıca məqsədi Fransa Respublikasının Azərbaycanda icra edilən minatəmizləmə fəaliyyətinə maliyyə dəstəyinin ayrılması və bu sahədə dəstəyin istiqamətləri müzakirə olunub.

Yaxın gələcəkdə iki tərəf arasında minatəmizləmə əməliyyatlarına dəstək, eləcə də minadan zərərçəkənlərə yardım, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə layihələri kimi sahələri özündə əks etdirən sənədin imzalanması nəzərdə tutulur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026