• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Azərbaycan və İran prezidentləri Aşqabadda görüşə bilər"

SİYASƏT

22 Noyabr 2021 | 14:38 | Müəllif: Subhan Mahmudov

"Azərbaycan və İran prezidentləri Aşqabadda görüşə bilər"

"Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti İbrahim Rəisi Türkmənistanın paytaxtı Aşqabadda keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvə görüşü çərçivəsində görüşə bilər".

Bakıvaxtı.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə noyabrın 22-də keçirdiyi mətbuat konfransında bildirib.

O, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin İrana səfərinin mühüm olduğunu və konstruktiv keçdiyini də vurğulayıb.

Qeyd edək ki, noyabrın 28-də Aşqabadda ECO-nun Zirvə görüşü keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026