• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Azərbaycan və Özbəkistan birgə hərbi təlimi başa çatdı - FOTOLAR

CƏMİYYƏT

01 Avqust 2023 | 11:24

Azərbaycan və Özbəkistan birgə hərbi təlimi başa çatdı - FOTOLAR

Azərbaycan və Özbəkistan hərbi qulluqçularının iştirakı ilə Daşkənd vilayətinin Çirçik poliqonunda keçirilən “UZAZ-2023” kompüter dəstəkli taktiki komanda-qərargah təlimi başa çatıb.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Birgə təlimin sonuncu mərhələsində xüsusi döyüş fəaliyyətlərinin aparılması üzrə tapşırıqlar kompüter və xəritə üzərində icra edilib.

Təlimin başa çatması münasibətilə keçirilən tədbirdə çıxış edənlər hərbi qulluqçuların peşəkarlığını yüksək qiymətləndirib və qarşıya qoyulan məqsədlərə nail olunduğu qeyd edilib. Bildirilib ki, təlimin bütün mərhələləri üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Tədbirin sonunda qarşılıqlı hədiyyələr təqdim edilib.

Qeyd edək ki, “UZAZ-2023” təlimi "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış 2023-cü il üçün ikitərəfli əməkdaşlıq Planı"na əsasən keçirilib.


Azərbaycan və Özbəkistan birgə hərbi təlimi başa çatdı - FOTOLARAzərbaycan və Özbəkistan birgə hərbi təlimi başa çatdı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026