• Bakı 13° C

    7.25 m/s

  • USD - 1.7

    EUR - 1.9576

    RUB - 2.1644

Azərbaycan və Pakistan ticarətin genişləndirilməsini müzakirə edib

İQTİSADİYYAT

25 Noyabr 2025 | 16:23

Azərbaycan və Pakistan ticarətin genişləndirilməsini müzakirə edib

Azərbaycan və Pakistan ticarət sahəsində birgə fəaliyyətin genişləndirilməsini müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində hesabında bildirib.

"Pakistan İslam Respublikasına səfərimiz çərçivəsində bu ölkənin Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşmək xoş oldu",- deyə nazir qeyd edib.

M. Cavadov görüş zamanı iqtisadi əməkdaşlığın inkişaf perspektivlərinin vurğuladığını, həmçinin ticarət, enerji, sənaye, tranzit, turizm və digər sahələrdə birgə fəaliyyətin genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsinin aparıldığını əlavə edib.


SON XƏBƏRLƏR