• Bakı 17° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Azərbaycan XİN-dən Vaşinqton görüşünün təxirə düşməsinə rəsmi MÜNASİBƏT

SİYASƏT

08 Iyun 2023 | 16:31

Azərbaycan XİN-dən Vaşinqton görüşünün təxirə düşməsinə rəsmi MÜNASİBƏT

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün dəqiq tarixlərinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır və ümidvarıq ki, bu görüş yaxın zamanlarda baş tutacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə  bildirib.

“Bir qayda olaraq, görüşün dəqiq tarixlərinin əlaqələndirməni həyata keçirən təşkilatçı ölkə tərəfindən elan edilməsi təcrübəsi mövcuddur”, - XİN rəsmisi qeyd edib.

Xatırladaq ki, bu gün Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib ki, Azərbaycan tərəfinin xahişi ilə gələn həftə Vaşinqtonda keçirilməsi planlaşdırılan danışıqlar təxirə salınıb.


SON XƏBƏRLƏR

25 Aprel 2024