• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycana yay fəsli bu tarixdə daxil olacaq

CƏMİYYƏT

11 Iyun 2024 | 10:50

Azərbaycana yay fəsli bu tarixdə daxil olacaq

Yay fəsli (Yay Günəş duruşu) Azərbaycana iyunun 21-i saat 00:50:56-da daxil olacaq.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Bakıvaxtı..az-a verilən məlumata görə, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirəcək və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (Bakı üçün 73⁰.1) olacaq.

Həmin gün ən uzun gündüz və ən qısa gecə yaşanacaq. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 23 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 37 saniyə olacaq. Günəşə qədər məsafə 152.025 milyon km təşkil edəcək. 14 gündən sonra isə - iyulun 5-i saat 09:06-da Yer orbitinin Günəşdən ən uzaq nöqtəsində - afelidə, Günəşə qədər məsafə isə 152.1 milyon km olacaq.

    Yay fəslinin uzunluğu 93 gün 15 saat 52 dəqiqə 40 saniyə təşkil edəcək.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    23 Noyabr 2026