• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Azərbaycanda 1013 nəfər koronavirusa yoluxdu - 14 nəfər vəfat etdi

GÜNDƏM

07 Oktyabr 2021 | 18:36 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda 1013 nəfər koronavirusa yoluxdu - 14 nəfər vəfat etdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 013 yeni yoluxma faktı qeydə alınıb, 1 244 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 489 226 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 469 665 nəfər müalicə olunaraq sağalıb, 6 625 nəfər vəfat edib, aktiv xəstə sayı 12 936 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 853, ötən müddət ərzində isə ümumilikdə 4 923 009 test aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026