• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda 15 nəqliyyat vasitəsi özəlləşdirilib

CƏMİYYƏT

15 Fevral 2024 | 15:49

Azərbaycanda 15 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin fevralın 13-də keçirdiyi növbəti hərracda 15 nəqliyyat vasitəsi satılıb.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə 74 sifariş qəbul edilib.

Rəqabətli keçən hərracda “İveco” markalı avtobusun start qiyməti 7 500 manat olsa da, son təklif 28 200 manata yüksəlib. İlkin qiyməti 3 500 manat olan “VAZ-21214” markalı avtomobil isə 4 800 manata özəlləşdirilib.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/38pZ6E linki vasitəsilə tanış olmaq mümkündür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026