• Bakı 22° C

    11.15 m/s

  • USD - 1.7

    EUR - 1.6464

    RUB - 0.0295

Azərbaycanda 17 nəqliyyat vasitəsi özəlləşdirildi

İQTİSADİYYAT

17 Avqust 2022 | 13:56

Azərbaycanda 17 nəqliyyat vasitəsi özəlləşdirildi

Avqustun 16-da keçirilən hərracda 17 nəqliyyat vasitəsi özəlləşdirilib

Bu barədə Bakıvaxtı.az-a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Qeyd edilib ki, avqustun 16-da keçirilən növbəti hərracda özəlləşdirilən 17 müxtəlif markalı və təyinatlı nəqliyyat vasitəsinə ümumilikdə 76 sifariş qəbul olunub ki, bunun 11-i elektron qaydada həyata keçirilib.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/3KcwByx)

Məlumat üçün bildiririk ki, cari ay üzrə növbəti hərraclar 23 və 30 avqust tarixlərində keçiriləcək. Hərraclara ümumilikdə səhmdar cəmiyyətinin səhm paketi, 30 kiçik dövlət müəssisə və obyekti, 72 nəqliyyat vasitəsi çıxarılıb.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərraclarda vətəndaşlar yaradılmış əlverişli şəraitdən istifadə etməklə rahat şəkildə əmlak sahibinə çevrilə bilərlər. Özəlləşdirilməyə çıxarılan dövlət əmlakların müxtəlifliliyi isə alıcıya seçim imkanı verir.


SON XƏBƏRLƏR

29 Sentyabr 2022