• Bakı 13° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

TƏBİB-dən qızılcadan ölən körpə ilə bağlı AÇIQLAMA -YENİLƏNİB

CƏMİYYƏT

28 Yanvar 2024 | 23:46 | Müəllif: Subhan Mahmudov

TƏBİB-dən qızılcadan ölən körpə ilə bağlı AÇIQLAMA -YENİLƏNİB

Cəlilabad rayonunda dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulmuş azyaşlı vəfat edib.

Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən məlumat verilib.

“Cəlilabad rayonunun Günəşli kənd sakini 21.09.2023-cü il təvəllüdlü azyaşlı ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Reanimasiya şöbəsinə yerləşdirilən azyaşlıya dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub, zəruri tibbi xidmət göstərilib. Həkimlərin bütün səylərinə baxmayaraq, yanvarın 28-də, saat 19:40 radələrində azyaşlı ölüb”, - məlumatda bildirilir.

 

22:05

Cəlilabad rayonunda azyaşlı oğlan uşağı vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, onun bir müddət əvvəl səhhəti pisləşib və ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

O, bu gün paytaxt xəstəxanalarından birinə təxliyə olunan zaman yolda vəfat edib.

İlkin məlumata görə, azyaşlı qızılcadan dünyasını dəyişib.

Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR