• Bakı 23° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Azərbaycanda ailə dramı: Ata qızını qaçırdı

CƏMİYYƏT

26 Yanvar 2022 | 16:45 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanda ailə dramı: Ata qızını qaçırdı

"Salyan rayonun Xıdırlı kəndində 5 il boyunca nənəsinin himayəsində yaşayan 11 yaşlı uşaq yanvarın 22-də bioloji atası tərəfindən dərsdən çıxarkən zor tətbiq edilərək əmisinin evinə aparılıb".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sədri Kəmalə Ağazadə məlumat verib.

“Nənə mənə müraciət edərək uşağın qaçırıldığını bildirdi, 102 xidmətinə zəng vurduğunu da dedi. 102 xidməti müraciəti qeydə alıb. Mən nənəyə Salyan İcra Hakimiyyəti yanında Qəyyumluq Komissiyasına müraciət etməsini bildirdim. Salyan İcra Hakimiyyəti yanında fəaliyyət göstərən aidiyyatı komissiya dərhal məsələyə reaksiya verib uşağın yanına gedib" deyən K.Ağazadə bildirib ki, ailə münaqişəsi nəticəsində azyaşlının anası 5 il öncə intihar edib. Onun sözlərinə görə, müəmmalı da olsa, bu qətl kimi deyil, intihar kimi qiymətləndidilib.

Mərkəz sədri bildirib ki, azyaşlı bu faciədən sonra nənə və xalalarının yanında yaşayıb. Ata isə məhkəmə qərarı ilə uşağın onunla birgə yaşaması qətnaməsini alıb: "Əlbəttə, o zaman 7 yaşlı bir uşağın fikri məhkəmədə keçərli deyildi, amma baş verən hadisəyə də belə qərarın verilməsi nə dərəcədə doğru olduğunu artıq aidiyyəti komissiya deyə bilər...”

K.Ağazadənin dediyinə görə, nənəsi uşağı atasıyla görüşməyə qoymadığı üçün ana övladını onu qaçırıb: “Ata deyir ki, "mənə imkan verməyiblər görüşməyə”. Anladım, ola bilər, amma 5 il? Yəni bu 5 ildə heç mümkün olmayıb? Nənəgildə də çox güman ki, bu ünsiyyət arzuolunmaz olub, amma uşaq?! Uşağı düşündünüzmü?! Uşaq 4-cü gündür ki, atanın yanındadır və ancaq atanı gördükdə çığırır və əsir! Ata uşağı məktəbə buraxmır. Deyir ki, evdə təhsil verəcəm!  Uşağı özünüzə belə sevdirəcəksiniz? Ata komissiyanın nümayəndələrinə də bildirir ki, həbs də etsəniz uşağı verməyəcəm! Lütfən uşağa yardım edin! Lütfən uşaqların müdafiəsinə qalxın! Lütfən uşaqları ailələrin düşmənçiliyinə,qərəzinə qurban verməyin! Lütfən Azərbaycan Vətəndaşını qoruyun!”", - deyə Kəmalə Ağazadə "Facebook"da yazıb.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR