"Şəhərin əksər yerlərində şahid oluruq ki, reklam qurğuları sökülüb, yerində 4 dənə bolt qalıb".
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri millət vəkili Razi Nurullayev Milli Məclisin iclasında deyib.
Deputat fikirlərinin davamında "İnsanlar isə, həmin boltları əksər hallarda görə bilmirlər. Neçə dəfə şahid olmuşam ki, insanların ayağı ona ilişərək yıxılıb", deyə qeyd edib.
R.Nurullayev məsələ ilə bağlı tədbirlərin görülməsinin vacibliyini diqqətə çatdırıb.
Nuranə Daxilqızı
















