• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Azərbaycanda bu malların qiyməti ARTDI

İQTİSADİYYAT

19 Sentyabr 2022 | 12:21

Azərbaycanda bu malların qiyməti ARTDI

İlin əvvəlindən bu günə qədər tikinti materiallarının qiyməti 20 faiz artıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

Onun sözlərinə görə, qiymət artımının bir çox səbəbləri var.

"Yaxın illərdə Azərbaycanda tikinti materiallarının qiymətində ucuzlaşma olmayacaq. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində tikinti-bərpa işləri gedir. Həmin ərazilərə böyük həcmdə tikinti materialları lazımdır. Bu isə istər idxal olunan, istərsə də yerli istehsal üzrə materiallara tələbi kəskin artırır. Biz tələbin yüksəldiyinə görə, davamlı qiymət artımları müşahidə edirik".

R.Osmanlının sözlərinə görə, hazırda bütün tikinti materiallarının qiymətində artım müşahidə olunur:

"İl başlayandan bu günə qədər tikinti materiallarının qiyməti 20 faiz artıb", - ekspert bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026