• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycanda bu sahədə çalışanlar 4 min manata yaxın maaş alır

İQTİSADİYYAT

18 May 2023 | 19:15 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda bu sahədə çalışanlar 4 min manata yaxın maaş alır

2023-cü ilin yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,4 faiz artaraq 901,3 manat təşkil edib.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, əməkhaqqı neft-qaz sektorunda 3878,2 manat, qeyri neft-qaz sektorunda 843,8 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 855,7 manat, özəl müəssisələrdə isə 952,5 manat olub.

Ümumilikdə 2023-cü il mayın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5203,9 min nəfər olub, onlardan 4910,7 min nəfərini məşğul əhali təşkil edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026