• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda cinayətkarlığın dinamikası açıqlanıb - CƏDVƏL

CƏMİYYƏT

26 Yanvar 2024 | 16:22 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda cinayətkarlığın dinamikası açıqlanıb - CƏDVƏL

2023-cü il üzrə Azərbaycanda cinayətkarlığın dinamikası açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev bu gün keçirilən geniş kollegiya iclasında məlumat verib.

Məlumatlara əsasən 2023-cü ildə baş vermiş cinayət hadisələrinin satistikası aşağıdakı kimidir:

İllər üzrə20222023 
Qəsdən adam öldürmə171178 
Qəsdən adam öldürməyə cəhd6165 
Qəsdən sağlamlığa ağır zərər vurma334318 
Zorlama və zorlamaya cəhd1619 
Mənimsəmə və ya israf etmə262317 
Oğurluq77946951 
Dələduzluq42465622 
Soyğunçuluq268204 
Quldurluq10371 
Narkotik vasitələrin qanunsuz dövriyyəsi10 66510 057 
    

Qeyd edək ki, yanvarın 26-da Baş Prokurorluqda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə 2023-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclası keçirilib. Geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev çıxış edib. Baş prokuror Kamran Əliyev prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlər və statistik göstəricilər barədə məlumat verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026