• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq

CƏMİYYƏT

15 Iyul 2023 | 17:28

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq

İyulun 17-dən etibarən pərakəndə satış məntəqələrində 300 qramlıq çörək 45 qəpiyə yox, 40 qəpiyə satılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən bildirilib.

Qeyd olunub ki, daxili bazarda çörək istehsalçılarına 50 kiloqram unun 33-34 manata təklif olunduğunu nəzərə alaraq bazar ertəsindən - yəni iyul ayının 17-dən 300 qramlıq çörəyin topdansatış qiymətinin 36 qəpiyə, pərakəndə satış qiymətinin isə 40 qəpiyə satılması tövsiyə olunub.

Çörəyin qiymətinin ucuzlaşması dünya bazarlarında taxılın ucuzlaşması ilə izah olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026