• Bakı C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.789

    RUB - 1.5962

Azərbaycanda dağıdıcı zəlzələ olacaq?

CƏMİYYƏT

02 Dekabr 2024 | 21:10

Azərbaycanda dağıdıcı zəlzələ olacaq?

Ötən ayın son ongünlüyündə Azərbaycanın bir sıra bölgələrində ardıcıl yeraltı təkanlar baş verib. Zəlzələlər Şamaxı, Laçın və Cəlilabad rayonlarında, Mingəçevir su anbarında, Xəzər dənizində qeydə alınıb. Mütəxəssislər daha öncə cari ildə seysmik aktivliyin müşahidə olunacağını qeyd etmişdilər. Bəs görəsən 2025-ci ildə də seysmik aktivlik müşahidə olunacaqmı?

Bakıvaxtı.az bildirir ki, Geologiya və Geofizika İnstitutunun (GGİ) Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin müdiri Qulam Babayev İqtisadiyyat.az-a açıqlamasında 2024-ci ilin seysmik və tektonik ili kimi səciyyələndiyini xatırladıb.

Bu prosesin hazırda da davam etdiyini söyləyən şöbə müdiri bildirib ki, mövcud seysmik və tektonik aktivlik səngimir. Mütəxəssisin sözlərinə görə, bu da o deməkdir ki, 2025-ci ilin əvvəllərində də bu proses davam edəcək:

"Hazırda tektonik dövrlülük davam edir. Düşünürəm ki, ən azı 2025-ci ilin ilk aylarında da bu aktivlik davam edəcəkdir. Amma 2025-ci ildə dağıdıcı zəlzələlər olacağını hesab etmirəm, ölkəmizdə bu gözlənilmir. Çünki Azərbaycan regionunda yerdəyişmə sürəti və intensivliyi digər ölkələr - Mərakeş, Yunanıstan, Yaponiya, Çin, Tayvan və s. ölkələrdəki kimi deyil. Yer səthinin dərinliyindəki hadisələrin intesivliyi fərqlidir. Azərbaycan ərazisi də özünə görə aktivdir, amma müqayisə baxımından biz bunu qeyd edə bilərik. Halbuki bizdə də seysmik aktiv ocaqlar mövcuddur".

Q.Babayev vurğulayıb ki, Xəzər dənizində seysmik ocaqlar aktiv ocaqlar kimi səciyyələnir: "Eyni zamanda Şamaxı, İsmayıllı, Böyük Qafqazın Cənub-Şərq, Cənub-Qərb yamaclarının hamısı seysmik ocaqlarla zəngindir. Kiçik Qafqazın Şimal, Qarabağ zonası, Naxçıvan ərazisi, Talış seysmik zonalar kimi səciyyələnir".


SON XƏBƏRLƏR

02 Dekabr 2024