• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda iki rayon ləğv olunur

CƏMİYYƏT

09 Fevral 2022 | 18:20 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda iki rayon ləğv olunur

Gəncə şəhərinin Nizami və Kəpəz rayonları ləğv olunur.

Bakıvaxtı.az-ın məlumatına görə, bu, Milli Məclisin Regional məsələlər komitəsinin fevralın 11-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, Nizami və Kəpəz rayonlarındakı inzibati ərazi dairələri Gəncə şəhər İcra Hakimiyyətinin tabeliyinə verilir.

Sözügedən rayonların ərazisində Nizami və Kəpəz bələdiyyəsi fəaliyyət göstərəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026