• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda meymunçiçəyinə yoluxan var? - Nazirlikdən AÇIQLAMA - YENİLƏNİB

CƏMİYYƏT

16 Iyun 2022 | 11:47

Azərbaycanda meymunçiçəyinə yoluxan var? - Nazirlikdən AÇIQLAMA - YENİLƏNİB

Bəzi sosial şəbəkələrdə və mətbuatda qeyd olunan ehtimallara cavab olaraq bildiririk ki, Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb.

Bakıvaxtı.az-ın apa-ya istinadən xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, yoluxma faktı aşkar olunarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək.

*** 10:58

Ötən gün sosial şəbəkələrdə yayılan foto cəmiyyətdə ciddi narahatlıq yaradıb. Belə ki, avtobusda sərnişinlərdən birinin qolundakı səpkilər digərlərinin diqqətini çəkib. 

Bakıvaxtı.az xəbər verir ki, xanım sərnişinin qolundakı səpkilərin yumru və iri suluq formasında olması ağla ilk olaraq gündəmdə olan suçiçəyi və meymunçiçəyi infeksiyasını gətirib. Lakin bu, fərqli dəri xəstəliyi də ola bilər. 

Məsələ ilə bağlı narahatlıq keçirən şəxslər paylaşımın altında müxtəlif şərhlər yazaraq aidiyyəti qurumların mövcud vəziyyətə münasibət bildirmələrini tələb ediblər.


Azərbaycanda meymunçiçəyinə yoluxan var? - Nazirlikdən AÇIQLAMA - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026