“Ölkədə humanitar elmlər sahəsi (pedaqoji, sosioloji, fəlsəfə, hüquq, siyasətşünaslıq və s.) inkişaf etmədən nə keyfiyyətli və müasir fərd, nə inkişaf etmiş cəmiyyət, nə də düzgün çalışan sistem (dövlət aparatı) qurula bilər”.
Bakıvaxtı.az xəbər verir ki, bunu sosial elmlər üzrə ekspert Nazim Cəfərsoy bildirib.
Ekspert bildirib ki, həm ağıl, həm məntiq, həm tarix, həm də müxtəlif ölkələrin təcrübəsi, elə öz təcrübəmiz də bunu çox aydın göstərir:
“Elmi tekniki inkişaf humanitar elmlərin formalaşdıra bildiyi fərd, cəmiyyət və dövlət anlayışlarının nəticəsidir!!! Hələ son illər bir şey yaranıb humanitar elmlərin texniki elmlərə ən yaxın olanı iqtisadiyyatı çevirmişik tamamilə texniki fənnə!!! Siyasi və sosial tarix, sosiologiya, hüquq, dövlət idarəçiliyi və beynəlxalq münasibətlər sistemi dərsləri keçmədən iqtisadçı belə hazırlayırıq”.
N. Cəfərsoy qeyd edib ki, yuxarıdakı məqamları anlamadan Azərbaycanda heç bir dəyişim və islahat modeli uğur qazana bilməz:
“Məsələn, MIT-nin bütün texniki məzunlarını bura yığsaq heç bir uzunmüddətli nəticə ala bilməyəcəyik. Çünki onları nə anlayan və nə qəbul edən dövlət aparatı, cəmiyyət və fərdlər olacaq!!! Çox qısa müddətdə hamısı ölkədən gedəcək. Ya da dünyanın ən yaxşı texniki universitetlərindən birini Azərbaycanda qursaq, məzunlarının mütləq çoxluğu ölkəni bir müddət sonra tərk edəcək”.
Nuranə Daxilqızı
















