• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Azərbaycanda onkoloji xəstəlik aşkarlanan uşaqların SAYI

CƏMİYYƏT

15 Fevral 2023 | 20:00 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda onkoloji xəstəlik aşkarlanan uşaqların SAYI

Bu gün Ümumdünya Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günüdür.

Bakıvaxtı.az xəbər verir ki, Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasının şöbə müdiri Reyman İsmayılzadə apa-ya açıqlamasında bildirib ki, ötən il 167 uşaqda onkoloji xəstəlik aşkarlanıb.

Onun sözlərinə görə, həmin uşaqların hamısı müvafiq protokollar əsasında müalicə alıblar:

“Uşaqların və böyüklərin onkologiyası bir-birindən əsaslı surətdə fərqlənir. Uşaqlarda olan onkoloji xəstəliklər bütün bədxassəli şişlərin təqribən 1-1.5%-ni təşkil edir”.

Qeyd edək ki, 2021-ci ildə isə Azərbaycanda 170 uşaqda onkoloji xəstəlik aşkarlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026