• Bakı 13° C

    3.51 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Azərbaycanda problemli kreditlər AZALIB

İQTİSADİYYAT

29 Noyabr 2022 | 10:11

Azərbaycanda problemli kreditlər AZALIB

Bu il noyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 646 milyon manat təşkil edib.

Bakıvaxtı.az  Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 0,5 % azdır.

Ölkədə problemli kreditlər ilin əvvəlinə nisbətən 10,2 %, son 1 ildə isə 20,8 % azalıb.

Oktyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 3,2 % təşkil edib. Bu nisbət sentyabrın sonuna 3,3 %, ötən ilin sonuna 4,2 %, ötən il oktyabrın sonuna isə 5 % olub.


SON XƏBƏRLƏR

27 Mart 2024