• Bakı 19° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Azərbaycanda pul bazası azalıb: Optimallaşdırma siyasətinə üstünlük verilməlidir

İQTİSADİYYAT

28 Sentyabr 2023 | 09:09

Azərbaycanda pul bazası azalıb: Optimallaşdırma siyasətinə üstünlük verilməlidir

"Azərbaycanda pul bazasında ardıcıl ikinci ay azalma qeydə alınıb".

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə bildirən iqtisadçı millət vəkili Vüqar Bayramov deyib ki, 1 sentyabr tarixinə ölkədə pul bazası 18 milyard 116 milyon manat olub. Onun sözlərinə görə, bu isə əvvəlki ay il müqayisədə 146 milyon manat azdır. Son 2 ayda isə pul bazası 285 milyon manat azalıb. Qeyd edək ki, iki aylıq azalmalara rəğmən ümumi pul bazası bu ilin əvvəlinə nisbətən artıb.

Deputat qeyd edib ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir. Pul bazasının kiçilməsində mövsümi faktorlar rol oynasa da belə inflyasiya tələbinin optimallaşdırılması ilə bağlı tədbirlər də xüsusi paya malikdir. Belə ki, pul bazasının genişlənməsi tələbi artırır, kiçilməsi isə istehlak tələbini məhdudlaşdırır. İstehlak tələbinin azalması isə təklifin dəyişmədiyi halda anti-inflyasiya effektinə malik olur.

V.Bayramov bildirib ki, bununla belə, pul bazasının kiçilməsi real sektorun vəsaitə olan tələbinin ödənilməsi baxımdan arzuolunan deyil: "Baza genişləndikcə xərcləmələr və real sektorda tələb də yüksəlir. Bu da istehsal üçün daha çox imkanlar yaradır. Bu kontekstdən, pul bazasının optimallığı həm inflyasiya yaradıcı effektlərin tənzimlənməsinə, həm də real sektorun dəstəklənməsinə xidmət etməlidir".

Deputat qeyd edib ki, buna görə də, pul bazasının optimallaşdırılması siyasəti real sektorunun canlanmasını xüsusi təşviq etməlidir: "Bu baxımdan, kiçilmə deyil, optimallaşdırma siyasətinə üstünlük verilməlidir".

Nərgiz Məmmədli


SON XƏBƏRLƏR

08 May 2025