Mərkəzi Bankda ölkədə fəaliyyət göstərən bankların rəhbərləri ilə növbəti dəfə görüş keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov məlumat verib.
Görüş zamanı bank sektoru üzrə cari ilin 3-cü rübünün nəticələri müzakirə olunub.
"Həmçinin son dövrlərdə qlobal meyillərin və çağırışların maliyyə-bank sektoruna təsirini nəzərdən keçirdik. Eləcə də ölkədə makroiqtisadi sabitliyinin təmin edilməsi və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışdıq", - deyə Taleh Kazımov qeydə alınıb.





jpg-1700802235.webp)





jpg-1700631337.webp)




