• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Azad edilmiş rayonlarda tikinti işlərinə ayrılan VƏSAİT - SİYAHI

İQTİSADİYYAT

23 Noyabr 2023 | 11:52

Azad edilmiş rayonlarda tikinti işlərinə ayrılan VƏSAİT - SİYAHI

2023-cü ilin yanvar-sentyabr aylarında azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 3 milyard 870 milyon 593 min manat vəsait sərf edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 2.1 dəfə və ya 2 milyard 41 milyon 758 min manat çoxdur. Belə ki, 2022-ci ilin ilk 9 ayında azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 1 milyard 828 milyon 865 min manat vəsait yönəldilib.

Qeyd edək ki, bu dövrdə tikinti quraşdırma işlərinə sərf edilən vəsait 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə Laçında 7.5 dəfə, Kəlbəcərdə 3.2 dəfə, Ağdamda 2.7 dəfə, Füzuli və Şuşada isə 2 dəfə artırılıb.

Əlavə edək ki, hesabat dövründə ən çox vəsait Laçın ( 983 milyon 43 min manat), Kəlbəcər (650 milyon 370 min manat), və Füzuli (585 milyon 624 min manat) rayonlarına ayrılıb./“APAEconomics”

 

   
Azad edilmiş rayonlar2022-ci ilin ilk 9 ayı Min manat.2023-cü ilin ilk 9 ayı Min manat.
Laçın130 681983 043
Xocavənd131 33987 304
Kəlbəcər201 541650 370
Füzuli296 210585 624
Zəngilan352 776367 889
Ağdam128 459341 420
Cəbrayıl326 598334 275
Şuşa159 224332 300
Qubadlı101 942188 330
Xocalı9538

SON XƏBƏRLƏR

26 Iyul 2024