• Bakı 25° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.8241

    RUB - 0.0196

Azərbaycanda rəqəmsal kultura Azərbaycan mühitinə görə yaradılmalıdır

LAYİHƏ

24 May 2024 | 09:50

Azərbaycanda rəqəmsal kultura Azərbaycan mühitinə görə yaradılmalıdır

6.3.13. informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi;

Bütün dünyada olduğu kimi, Azərbaycanda da informasiya kommunikasiya texnologiyaları inkişaf etməkdədir. Ölkəmizdə bir neçə ildir ki, özəl və dövlət sektoru rəqəmsallaşma üzrə zərurətdən qaynaqlanan bir dinamika başlayıb.

Elvin Abbasov: Rəqəmsallaşmanı qurarkən vətəndaşın məlumatını təhlükə altına almamalıyıq

İKT üzrə ekspert, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası-nın İdarə Heyətinin sədri Elvin Abbasov Bakıvaxtı.az-a bildirib ki, 2015-ci ildə Azərbaycanda keçirilən yarışlardan sonra xarici və xüsusən də Avropadan gələn sistemləri gördükdən sonra göründü ki, bu istiqamətdə ölkəmizdə də görüləcək çox işlər var. İsər dövlət, istərsə də özəl sektorda rəqəmsallaşma Azərbaycanda sürətli şəkildə artmağa başlayıb.

E.Abasov bir çox biznes sahələrinin rəqəmsallaşdığını deyir:

“Analizlərdən sonra bir çox beznes sektoraları rəqəmsallaşmağa başladı ki, bu bir zərurət idi. Holdinqlər, banklar, kiçik bizneslər də daxil olmaqla bir çox bizneslərin artıq saytları, mail adresləri var. Onlar online alış-verişdən istifadə edirlər. “Zomm” kimi online görüş alətlərindən yararlanırlar. Bununla da Azərbaycanda rəqəmsallaşma kiçik və orta biznesə kimi gəlib çıxdı. Bu gün Azərbaycanda bizneslərin rəqəmsallaşması çox əhəmiyyətlidir. Amma özümüzdəki rəqəmsallaşmanı digər ölkələrlə müqayisə etdikdə görürük ki, biz bir az geri qalmışıq. Amma hər bir halda bizneslərin rəqəmsallaşmasına mühit yaradan dövlət qrumlarıdır. Misal üçün bəzi startaplar, bizneslər var ki, orada xidmətdə şəxs şəxsiyyətini doğrulamalıdır. Burada isə open data (açıq məlumatlar - red.) problemi gündəmə gəlir”.

Müsahibimiz bildirib ki, ikinci məsələ isə şəxsiyyət vəsiqəsinin fin kodudur. Bizneslərdə işləyərkən bu fərdi identifikasiya nömrələrində rahatlıq yoxdur. Bizneslər bu gün öz fəaliyyətlərini rəqəmsallaşdıranda həm təhlükəli məqamlar, həm də müsbət məqamlar diqqət mərkəzinə gəlir. Təhlükəli məqamlar ondan ibarətdir ki, Azərbaycanda kiberdələduzluq, kibercinayətkarlıq, kibertalançılıq var və bu zamanla böyüməkdədir. Biz rəqəmsallaşmanı qurarkən vətəndaşın məlumatını, ona verdiyimiz xidməti, ona verdiyimiz bank kartlarını təhlükə altına almamalıyıq. Rəqəmsallaşma qurularkən bunlara xüsusi diqqət göstərilməlidir.

Dünya təcrübəsindən söz salan mütəxəssisin sözlərinə görə, bir çox ölkə rəqəmsallaşma aparılarkən oturuşmuş bir metodologiya üzərində aparırlar. Yəni bir metodologiya əsasında birinci biznesin rəqəmsal səviyyəsi çıxarılır, daha sonra onlar qruplara bölünür və həmin qruplara uyğun dövlət proqramları tərtib olunur. Hətta dünyada fəaliyyət göstərən bəzi təşkilatlar var ki, onlar rəqəmsallaşma yetəri qədər böyük maliyyə ayırırlar. Həmi təşkilatlardan Azərbaycanda da fəaliyyət göstərini var. Dünyada biznesin rəqəmsallaşması mədəniyyəti, kulturası kifayət qədər inkişaf edib və metodologiyalar əsasında işləyir. Azərbaycanda da bu vəziyyətin həmin metodologiyalar üzərində qrulması deyil, biznes mühitinə uyğun və bizim sahibkarın düşüncə tərzi, ölkənin maddi rifahı, standartları nəzərə alınmalıdır. Azərbaycanda rəqəmsal kultura Azərbaycan mühitinə görə xüsusi yaradılmalıdır.

Bəhruz Əliyev: Fürsətləri dəyərləndirmək və genişləndirmək lazımdır

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev deyir ki, davamlı olaraq, informasiya və kommunikasiya texnologiyalarının və onlardan istifadə edən istifadəçilərin təhlükəsizliyini təmin etmək üçün, aparılan işlərdən bəhs edirik. Eyni zamanda paralel olaraq da, fikir və təkliflərimizi bildiririk. Məqsədimiz hər zaman bu sahənin inkişafı üçün gedən işlərdən bəhs etmək, inkişafa dəstək olmaq, mühəndis-tədqiqatçı kimi, maarifləndirici fəaliyyət aparmaqdır.

B.Əliyev qanunlardan və təkliflərdən söz salıb:

“Prezident İlham Əliyevin imzaladığı 2023-cü il 28 avqust tarixində imzaladığı, Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası kifayət qədər sanballı sənəddir. Bu sənədə əsaslanaraq və özümüzə nümunə qəbul edərək həm dövlət həm özəl şirkətlər tərəfindən müxtəlif inkişafyönümlü təşəbbüslərlərdə olmaq mümkündür. Bəzi təkliflərimi xüsusi ilə qeyd etmək mümkündür.

Milli Əməliyyat Sistemi (MƏS): Açıq-mənbə koduna sahib olan, MİLLİ “Linux distribution - Linux distributoru” yaratmaq, Açıq mənbə kodları əsasında öz milli əməliyyat sistemimizin yazılması həm maddi olaraq, həm də təhlükəsizlik olaraq, ölkəmiz üçün ciddi müsbət fərq yaradacaqdır. Müxtəlif əməliyyat sistemlərinin lisenziyalarına ödənən məbləğləri daha səmərəli yerlərə istiqamətləndirmək və hətta milli əməliyyat sistemimizin yaradılmasına istiqamətləndirmək bizi həm də bəzi texnoloji aslılıqdan da qurtaracaqdır. Bununla bağlı Türkiyə və Rusiyada yaradılan MƏS sistemlərini misal göstərmək olar. Bu ölkələr öz hərbi və bəzi dövlət orqanlarının təhlükəzliyi üçün, öz milli əməliyyat sistemlərində istifadə edir, lisenziya xərci və xarici əməliyyat sistemi vasitəsi ilə yarana biləcək risklərdən birdəfəlik mühafizə olunurlar.

Milli Avadanlıq İstehsalı (MAİ): Ölkəmizdə texnoparklara verilən üstünlüklər kifayət qədər əhəmiyyətli addımdır. Bu fürsətləri dəyərləndirmək və genişləndirmək lazımdır. Bu sahədə müstəqil olmaq və müstəqil siyasət aparmaq və dünya nəhəngləri ilə rəqabət etməyin ikinci əsas düsturu İT avadanlıqlarının istehsalıdır. Müxtəlif İT məhsullarının eyni zamanda digər elektronik avadanlıqların, innovativ maşınların və texnologiyaların istehsalı ölkədə qeyri-neft sektorunun inkişafına ciddi dəstək ola bilər. Təsəvvür etmək mümkündür ki, öz milli istehsalımız olan avadanlığa öz milli əməliyyat sistemimizi(MƏS) yükləyərək, gələcək prizmada nəhənglərin rəqibinə çevrilə bilərik. Bu həm də ölkədən beyin axınının qarşısını almağa xidmət edə bilər. Bu sahənin kadrlarının ölkədə qalaraq milli axına qoşularaq, milli mübarizə şurunu formalaşdıra bilər. Təbii ki, bu yol bir qədər uzun yoldur. Kadr potensialına ciddi təlabat vardır. Kadr potensialı məsələsində Çinin həyata keçirdiyi metodlardan istifadə etmək mümkündür. Ölkəyə dünyada sözünü demiş İT şirkətlərinin zavod və fabriklərini gətirmək və onların gəlməsi üçün, daha uyğun, münbit şərait yaratmaq həll yollarından biridir. Bu zavod və fabriklərin gəlməsi universitetlərdə ixtisasların inkişafına səbəb olmaqla bərabər, yerli kadr potensialının inkişafına təkan verəcəkdir. 15-20 il sonra isə, kifayət qədər kadr potensialı ilə öz milli isthehsalımıza keçə bilərik. Təsadüfi deyil ki, 15-20 il əvvəl minik maşını istehsalında heç bir yerdə ciddi adı olmayan Çinin bu gün dünya bazarına rəqib olması, müxtəlif minik maşınları və avadanlıq istehsalının təməlində, vaxtında ölkəyə gələn xarici şirkətlər və onlara yaradılan münbit mühit rol oynayır. Yetişən kadr potensialı ilə edilə biləcək işlər limitsizdir.

Bəhruz Əliyev bildirib ki, ölkəmizdə kifayət qədər işlər görülür və tədbirlər həyata keçirilir. Bunları görməmək ciddi haqsızlıq olardı. Amma sürətlə inkişaf edən dünyada informasiya təhlükəsinin artığı dövrümüzdə, sosial şəbəkələrə nəzarət və nizamlama əhəmiyyətli bir məsələdir. Qadağa yox, nizamlamağa ehtiyac vardır, çünki milli-mədəni və ümumi dəyərləri qorumaq üçün, buna məcburuq. Bunun üçün isə, daha əvvəllər də vurğuladığım kimi, hər bir sosial şəbəkənin Bakıda ofisinin olmasını tələb edə bilərik. Dünyada belə bir təcrübə mövcuddur. Bu ofislər vasitəsi ilə həm vətəndaşların məlumatlarının ölkədən çıxmasının qarşısını ala bilərik həm də qeyr-etik məzmunların sosial şəbəkələrdən yığışmasına şərait yarada bilərik.

“Ona görə ki, hər ölkəyə və mədəniyyətə görə etik dəyərlər dəyişkəndir. Sosial şəbəkələrin ümumi icma qərarları ilə bəzi məzmunlar silinsə də mədəniyyət fərqlərinə görə hər şeyi silmək düzgün olmur. Məsələn, bizdə qeyri-etik sayıla biləcək bir məzmun Braziliyada çox təbii qəbul edilə bilər. Ona görə də sosial şəbəkələr mədəniyyətlərin qorunması və onlara hörmət məqsədi ilə tələb edilən yerlərdə ofislərinin açılmasında maraqlı olmalıdırlar və həmin ölkənin mədəniyyət və qanunvericilik bazasına uyqun olaraq, iş aparmalıdırlar. Ölkəmizin sahə üzrə həmişə inkişafda olmasını arzu edir və uğurların davamlı olmasını istəyirik”, deyə o əlavə edib.

Vüqar Məmmədzadə: İlk növbədə Azərbaycanın bütün bölgələri keyfiyyətli internetlə təmin olunmalıdır

İKT üzrə mütəxəssis Vüsal Məmmədzadənin Bakıvaxtı.az-a dediyinə görə, tendensiya Qərbdə başladığı üçün, təbii ki, biz də, daha çox Qərb texnologiyaları və alətlərindən istifadə edirik. Son illər kommunikasiya məhsullarının, startapların sayının artması da sevindirici haldır.

Vüsal Məmmədzadə bildirib ki, bu sahənin inkişafını ləngidən məsələlər də var. Əsas faktor keyfiyyətli internetin nə qədər əlçatan olmasıdır. Təəssüf ki, Azərbaycan keyfiyyətli internet üzrə dünya reytinqində aşağı sıralarda qərarlaşıb. Son illərdə bölgələrə fiber-optik internet xətləri çəkilsə də, hələ ki, bu, bütün ölkəni əhatə etmir.

“İnformasiya kommunikasiya texnologiyalarının yüksək inkişafı və müasir trendlərlə ayaqlaşmaq üçün, ilk növbədə Azərbaycanın bütün bölgələri keyfiyyətli internetlə təmin olunmalıdır. Bununla birlikdə, məktəblərdə informatika dərslərinin keyfiyyəti artırılmalı, kiçik yaşlı uşaqların bu sahədə bilik və bacarıqlara yiyələnə bilməsi üçün mərkəzlər yaradılmalıdır. Bu, yaxın gələcəkdə sahə üzrə ixtisaslı kadrların sayının artmasına gətirib çıxaracaq. Paralel olaraq, startapların maliyyələşdirilnəsi üçün proqramlar və layihələr icra olunmalı, ölkədə startaplar üçün əlverişli mühit yaradılmalıdır”, - deyə o əlavə edib.

Ziyafət Əlisoy

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb


SON XƏBƏRLƏR