Göyçayda avtomobil yandırılıb.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, rayon sakini Mehman Şükürov yeni aldığı “VAZ” markalı avtomobilinin üstünə benzin tökərək od vurub. Nəticədə nəqliyyat vasitəsi yararsız hala düşüb.
İlkin məlumata görə, Göyçay sakini Kamran Babayev “VAZ” markalı avtomobilini həmyerlisi Mehman Şükürova satıb. Onlar öz aralarında avtomobilin pulunu hissə-hissə ödməyə razılaşıblar. M.Şükürov ödənişi vaxtında etmədiyi üçün tərəflər arasında mübahisə yaranıb. Mübahisə zəminində M.Şükürov avtomobili yandırıb.
Mehman Şükürov polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırma aparılır.
Kərim Abbaszadə





jpg-1727935979.webp)

jpg-1727935133.webp)

jpg-1727932300.webp)






