• Bakı 9° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Azərbaycanda vəzifəli şəxslər cərimələndi

CƏMİYYƏT

24 Iyun 2023 | 14:47

Azərbaycanda vəzifəli şəxslər cərimələndi

Şabranda bələdiyyə sədrləri cərimələnib.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə iyunun 21-də Şabran rayonu ərazisində keçirdikləri tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə Şabran şəhər, Dəvəçi və Aygünlü kənd bələdiyyələrinin sədrləri, Şabran şəhər Mənzil Kommunal Təsərrüfatının müdiri, “Dəvəçi Kolxoz” bazarının rəhbərliyi və Dəvəçi kəndi ərazisində bir vəzifəli şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Azərbaycanda vəzifəli şəxslər cərimələndiAzərbaycanda vəzifəli şəxslər cərimələndiAzərbaycanda vəzifəli şəxslər cərimələndiAzərbaycanda vəzifəli şəxslər cərimələndiAzərbaycanda vəzifəli şəxslər cərimələndiAzərbaycanda vəzifəli şəxslər cərimələndiAzərbaycanda vəzifəli şəxslər cərimələndiAzərbaycanda vəzifəli şəxslər cərimələndi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026