• Bakı 24° C

    3.82 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Azərbaycanda virusa ikili yoluxma yayılıb?

CƏMİYYƏT

06 Yanvar 2022 | 14:28 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanda virusa ikili yoluxma yayılıb?

Son günlər demək olar, uşaqdan böyüyə hər kəs xəstədir. Simptomlar bir-birinə bənzədiyindən əksəriyyət  bunun mövsümü xəstəlik, yoxsa koronavirus olduğunu ayırd edə bilmir. Bu xəstəlik ikili yoluxma ola bilər? Bunun qarşısını necə almaq olar?

Həkim-infeksionist Mərdan Əliyev Bakıvaxtı.az-a bildirib ki, hazırda koronovirus infeksiyası ilə yanaşı mövsümü qrip dediyimiz kəskin respirator virus infeksiyaları geniş yayılıb: “Mövsümü infeksiya ilə koronavirusa yoluxma halları baş verir. Amma eyni vaxtda bir nəfərin iki virusa da yoluxmasına nadir hallarda rast gəlinir. Əslində, nəzəri cəhətdən mümkündür, amma praktikada çox rast gəlinməyib. Belə olduqda, xəstəlik koronavirusla qarışır. Belə şəxslər analiz verəndə testin cavabı neqativ çıxır”.

Həkim deyir ki, əksər hallarda, klinik olaraq qriplə virusu ayırmaq olur. Onun sözlərinə görə, bu iki virusun gedişatı və xəstəlik törətmə prinsipləri fərqlidir: “Bu fərqliliyi də ayırd etmək olur. Həmçinin, bir şəxs koronavirusa yoluxub sağaldıqdan sonra mövsümü qripə də yoluxa bilər. İndi yayılan mövsümü infeksiya qızdırma, boğaz ağrısı, burun tutulması, burun axması, halsızlıq, əzələ ağrıları və qızdırma ilə gedir. Klinik olaraq bu xəstəliyi ancaq mütəxəssis ayırd edə bilər. Çünki müəyyən detallara fikir vermək lazımdır. Diaqnoz mütləq analiz nəticəsi ilə qoyulur. Burundan yaxma metodu ilə analiz götürülür və xəstəliyin hansı virus olduğu müəyyənləşdirilir”.

İnfeksionist belə halların qarşısının alınması haqqında da danışıb. Bildirib ki, bu virus hava-damcı yolu infeksiyasıdır. Qarşısının alınma prinsipləri bütün virus infeksiyalarında ortaqdır: “Virus əvvəl məktəblərdə və bağçalarda uşaqlara yoluxduqdan sonra valideynlərə keçir. Xəstəliyin qarşısını almaq üçün xəstə uşaqları mütləq şəkildə evdə saxlamaq lazımdır. Bu uşağın özü üçün də lazımdır. Uşaq xəstə olduğu halda məktəbə gedirsə, səhhətinə fikir verilmir, yorulur, immuniteti zəifləyir. Bu da xəstəliyin ağırlaşmasına səbəb ola bilər. Amma evdə olduqda müəyyən müalicə qaydalarına fikir verməklə, isti saxlamaqla və çoxlu maye qəbul etməklə uşağın vəziyyətini xeyli yüngülləşdirmək olar. Lazım olduğu halda, müəyyən simptomları aradan qaldıran dərmanlar da verilə bilər”.

Onun sözlərinə görə, digər tərəfdən, xəstə uşaqlar bağçaya, məktəbə getdikdə digərlərini də virusa yoluxdurur: “Bu səbəbdən, düşünürəm ki, məktəb və bağçalarda tibbi xidmət daha güclü olmalı, uşaqlar xəstə halda içəri buraxılmamalıdır. Belə olan halda, yoluxmanın qarşısını almaq mümkün olar”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026