• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

“Azərbaycandan qaz tədarükü  vacibdir” - Rumen Radev

DÜNYA

01 Oktyabr 2022 | 15:59

“Azərbaycandan qaz tədarükü vacibdir” - Rumen Radev

“Azərbaycandan qaz tədarükü bir çox ölkə üçün vacibdir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev Sofiyada Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) istifadəyə verilməsi mərasimində deyib.

Onun sözlərinə görə, IGB “Avropanın enerji xəritəsini dəyişib” və bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir.

O əlavə edib ki, bu layihə Bolqarıstana Azərbaycandan qaz almağa imkan verəcək.

Xatırladaq ki, bu gün Yunanıstan və Bolqarıstanı birləşdirən qaz kəməri kommersiya istismarına verilib. Bolqarıstanın paytaxtı Sofiyada baş tutmuş istifadəyə verilmə mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.

IGB Yunanıstanda Trans-Adriatik qaz kəmərinə qoşulur ki, bu da “Şahdəniz” yatağında hasil olunan Azərbaycan qazını Bolqarıstana nəql etməyə imkan verəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026