• Bakı 22° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

"Azərbaycanı “Coca-coladan cavan dövlət” adlandıranlar..." - Deputat
 

CƏMİYYƏT

30 Oktyabr 2023 | 10:24

"Azərbaycanı “Coca-coladan cavan dövlət” adlandıranlar..." - Deputat

“Qatı nifrət nümunələrindən biri Robert Koçaryanın beynəlxalq kürsüdən səsləndirdiyi ksenofob, irqçi, şovinist “genetik uyğunsuzluq” bəyanatı idi. Barışıq və əmin-amanlığı dəyərsizləşdirən, millətləri biolojiləşdirən, Avropa ailəsinin üzvü olmaq istəyən səhra komandirinin tayfa təfəkkürü göz qabağındadır”. 

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Zahid Oruc  Sosial Təqiqatlar Mərkəzinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ilə birgə layihəsi olan “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi” hesabatının təqdimatı ilə bağlı konfransda deyib.

“Yaxud, beynəlxalq ictimaiyyətdə ziyalı, professor kimi tanınan Giorgi Derlunqyan Civilnet platformasında azərbaycanlıları nəzərdə tutaraq, “onlar kəndçi millətidir, təbii artımları üçüncü dünya ölkələrindəki kimidir”, açıqlaması alim statusundan uzaqdır, çünki elmdə belə bölgülərə yer yoxdur.
İşğal dövründə internet platformalarında ermənilərin azərbaycanlılara yönəltdiyi aşağılayıcı diskurslar-“döyüşməyi bacarmayan alverçilər, köçəri millət, “primitiv köçərilər”” və sair epitetlər daşlamış zehinlərin göstəricisiydi, çünki müharibə tam fərqli gerçəkliyi-100 minlərlə qəhrəman azərbaycanlı obrazını ortaya qoydu.
Yaxud, Qarabağ komitəsinin üzvü İqor Muradyanın  Tomas de Vaala müsahibəsində “Qarabağın azərbaycanlı sakinləri haqqında nə düşünürdünüz” sualına, “onların fikri və aqibəti heç kimi maraqlandırmırdı” cavabı Miatsum fəallarının antihumanist mahiyyətini, insan ləyaqətini hesaba almayan kimliklərini ortaya qoyur. 3-cü Reyx də milyonlara məhrumiyyət gətirən ideologiyanı oxşar tezislər üzərində qurmuşdu.

Nəhayət, milli kimliyimizi inkar edənlər, Azərbaycanı “koka-koladan cavan dövlət” təbliğatı aparanlar öz nifrətlərinə məğlub oldular.
Beləliklə, əsatirlərdən gerçək həyata, folklordan siyasətə və dərsliklərə qədər Azərbaycanın qorxunc obrazının tarixi, sosial-psixoloji köklərini asanlıqla yox etmək çətindir. Ermənistanın hərbi məğlubiyyətinin səbəbi döyüş meydanlarında qarşılarına fərqli kimliklərin çıxması idi. Əzmkarlıqla savaşan azərbaycanlı əsgər və 5-ci nəsil texnilogiylarını idarə edən zabitlər, bütün sosial və siyasi ayrılıqları kənara  qoyan vahid millət, ləyaqətli savaş nümunəsi yaradan Azərbaycan dövləti gerçək obrazı ilə düşmənin təsəvvürlərini dağıtd”. 

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026