Azərbaycanın ABŞ-dəki səfirliyində Atatürkün anım günü ilə əlaqədar tədbir keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin “X”dəki hesabında məlumat verilib.
“Azərbaycanın ABŞ-dakı səfirliyi olaraq Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün vəfatının 86-cı ildönümündə onun xatirəsini qürurla yad edirik!”, - məlumatda deyilir.
Xatırladaq ki, Mustafa Kamal Atatürkün anım günü ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi də paylaşım edib.